Cəsədi möhnətdə nara qalandım,Yandırıb döndərər küllərə məni.Dərdim dərya kimi coşub çağlayır,Qərq edər ümmana, sellərə məni.

Əyibdi işimi qəzavü-qədər,Gəşd edib dünyanı dolannam hədər.Ömrümün növrağı tamama yetər,Həsrət qoyar doğma ellərə məni.

Aşıq Alı deyər: həsrətəm yara,Görən tapılarmı dərdimə çara?!Baş alıb gedərəm qürbət diyara,Salar dərdi-möhnət, çöllərə məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran