Ağ köynəyə min cür çeşni vurubsan,Heyranam əlində milə, Salatın.Cilvələnib nə qarşımda durubsan,Tərifin sığmayır dilə, Salatın.

O qaş-gözün, ay camalın, ay üzün,Bir kimsəyə olmaz əsla tay üzün.Nola bir gələsən bizə pay özün,Əhdim budur dərdim bilə, Salatın.

Məmmədhüseyn gözlərinin müştaqı,Bülbül olub gəzər bağçanı, bağı.Zülfünün qarası, qaşının tağı,Səda salıb tamam elə, Salatın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar