Uydum bu dünyanın olan gəştinə,Dedim ki, göstərməz mənə dar, adı.Aldadıb, aldadıb axır günümdə,Sındırıban qol-budağım daradı.

Atdı qürbət elə, saldı çənginə,Naxələf kəslərin düşdüm cənginə.Fələyin hökmü nə, onun cəngi nə?Demə meyli bəd işədi, daradı.

Bir salıbsan, bir də salma azara,Gəlmişəm əlindən zara, a zara.Qara iqbal, Məmmədhüseyni az ara,Yaman durub gözlərimə dar adı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri