Batıbsan qumaşa, ala,Qaş oynadıb gülən, ay qız.Düşübsən özgə xəyala,Süzə-süzə gələn, ay qız.

Nə gedirsən axa-axa,Yandım, axı baxa-baxa.Getmə gözümdən irağa,Dərdim, sərim bilən, ay qız.

Süzgün baxırsan oylağa,Kəklik kimi çıxdın dağa.Məmmədhüseyni ötür bağa,Bağrım başın dələn, ay qız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri