Bir Leyliyə urcah oldum, nə oldum,Məcnunam eşqindən ay ana-ana.Özü getdi, saldı məni bu oda,Qalmışam əlində a yana-yana.

Süzdürüb oynatdı ala gözünü,Ya ölləm, ya canım ala gözünü.Göz açdım, gəlmədi alagöz ünü,Zülfün daramışdı a yana-yana.

Məmmədhüseynəm, yön çevirrəm yaracan,Qibləgahım o qapıdı, yar açan.Kim söyləməz belə gözəl yara “can”Qalmışam adını ay ana-ana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq