Yenə yada düşdü əhdü-peymanım,Vəsfini sinəmə a yaza könül.İstər idim sənlə ömür-gün görəm,Aldı çovğun, düşdü ayaza könül.

İş əyildi əldən çıxdı Güləndam,Bir şirindil, lalə yanaq gül əndam.Zaman vardı sevinən dəm, gülən dəm,Həsrətdi bahara, a yaza könül.

Fələk salıb üzən gəmim çəngələ,Məmmədhüseyn, ha yapış, ha cəng elə.Qəsdi buymuş duman gələ, çən gələ,Eşqin dəryasında ay, aza könül.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar