Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim!Eylədin mərdümə nəm olduğun izhar mənim.

Dəhənin istərəm, ey eşq, yox et varlığmKi, yox olmaqda bu gün bir qərəzim var mənim.

Çıxmış əğyar ilə seyr etməyə ol mərdümi-çeşm,Bu əcəb, mərdümi çıxmış gözüm ağılar mənim.

Bu təmənnadə ki, ol şəm’ ilə həmsöhbət olam,Dudi-ah etdi dünüm tək günümü tar mənim.

Mövc ilə könlümü, ey əşk, qopar yanımdan,Nalə ilə başım ağrıtdı bu bimar mənim.

Çıxmış ol şux bu gün tökməyə qanın görənin,Girmə ey göz, kərəm et, qanıma, zinhar mənim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, dərü divarə qəmim yazmaqdanŞahidi-hali-dilimdir dərü divar mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri