رسید عید که عقد ملال بگشاید
Qəsidə nədir?
Qəsidə: təntənəli, uzun lirik şeir; mədh və ya öyüd üçün yazılır.
رسید عید که عقد ملال بگشایددر فرح بکلید هلال بگشاید
رسید وقت که دوران ز وقت خوشحالیدری بروی دل اهل حال بگشاید
بتشنگان بیابان شوق خضر املره تلاقی عذب زلال بگشاید
گرسنگان ره کعبه توکل رازمانه خوان عموم نوال بگشاید
فلک بکام رساند نیازمندان رانقاب هجر ز روی وصال بگشاید
ملالت متردد کشد بدامن نایغم مقیم در انتقال بگشاید
خوش آنکه روز چنین می گشد ولی نه میکه عقل را ره ضعف و زوال بگشاید
می که قطره پاکش بهر کجا که چکددری ز مرحمت ذوالجلال بگشاید
خوش آنکه روز چنین بی مترجمی نبودولی زبان نه بهر قیل و قال بگشاید
خطیب منبر معراج معرفت گرددزبان بمنقبت خیر آل بگشاید
محیط حلم حسین علی که نیست جز اوکسی کزو دل اهل کمال بگشاید
شهی که گر غضب او رسد طبایع راگره ز رابطه اعتدال بگشاید
و گر نهیب دهد دور را سزد که ز همعقود سلسله ماه و سال بگشاید
نجات خلق محالست بی محبت اوچو کار خصم ز فکر محال بگشاید
بروی دشمن او در گشاد کار دو کونینکسی چه گونه در احتمال بگشاید
هزبر صولت او در شکارگاه غضبگهی که پنجه بقصد قتال بگشاید
ز چاک سینه . . . سازد چونسباع را در رزق حلال بگشاید
فلک به سبحه او باید استخاره کندبکار خیر چو خواهد که فال بگشاید
ز خادم در او رشک می برد رضوانگهی که آن در جنت مثال بگشاید
در آستانه او آسمان ملایک راهمیشه جای بصف نعال بگشاید
اگر نه واسطه خدمتش بود همه عمرفرشته نبود که بال بگشاید
ز خون ناحق او دم اگر زنم ترسمکه سیلها مژه ام ز اشک آل بگشاید
اگر سعادت پیوند او رسد به نجومز گردن همه بند و بال بگشاید
چو در فشان کند ابر سخا ز هر سو بحرهزار کف بطریق سوال بگشاید
چو گردی از ره او خیزد آسمان ز نجومهزار دیده پی اکتحال بگشاید
شها تویی که ندارد زمانه چون تو کسیکه بر رخش در حسن خصال بگشاید
تویی که پیش کمالت نمی تواند کسکه چشم شایبه اختلال بگشاید
شها فضولی بی صبر و دل نمی خواهدکه سوی غیر تو چشم خیال بگشاید
ز مدح غیر توان به که لب فرو بنددبهرزه چند در هر مقال بگشاید
رجوع کار لطف تو به چو ممکن نیستکه کار بسته ز اهل ضلال بگشاید
امید هست که تا چتر ابر را گردونبفرق ارض و بحار خیال بگشاید
رضای تو پی دفع فساد بر سر ماهمیشه چتر خلود ضلال بگشاید
Gəldi bayram ki, ola dəf’ qəmü dərdü məlal,
Aça şadlıq qapısın ta ki, kilid ilə hilal.
Çatıb ol vəqt ki, cahan xürrəm olub şadlıq edə,
Açıla əhli-dilin ruyinə bir babi-cəlal.
Əməlin Xizri, məhəbbət çölünün təşnəsinə,
Içirə dəsti-kəramati ilə abi-zülal.
Aça bu dövr təvəkkül yolunun aclarına,
Müxtəlif ne’mət ilə dolmuş olan süfreyi-hal.
Çatdıra dövri-fələk məqsədə hər möhtacı,
Pərdeyi-hicrə daha düşməyə bir dəm də vüsal.
Ortada hökm sürən bunca məlamət yığışa,
Qaça qəm, şadlıq isə tapmaya aləmdə zəval.
Keçə günlər belə şadlıqla, kədərsiz, qəmsiz,
Əqlü idraka isə tapmaya yol nəqsü xəlal.
Pak olan qətrəsi gər düşsə onun bir səmtə,
Allahın mərhəmətindən ora düşməz də vəbal.
Xoş o gün kim, dil ürəklə bir olub əzm eləyə,
Nəki pəjmürdə ola hökm eləyə qeyl ilə qal.
Mə’rifət me’racının mənbəri üstündə xətib,
Dil açıb söyləyə ta mənqəbəti-Heydəri-Al.
Elm dəryası Hüseyn ibn-Əlidir, bunu bil,
Mə’rifət əhli deyir: ondadır hər fəzlü kəmal.
O şəhin gər qəzəbi düşsə çahar ərkanə,
Məhv olar cümləsinin nəzmü nizami dərhal.
Qeyz ilə baxsa əgər gərdiş edən dövranə,
Dağılar nəzmi-fələk, nəcmi-səma, mah ilə sal,
Olmasa eşqi onun, xəlqə nicat ümmidi yox,
Düşmənin isə xilas olması bir əmri-məhal.
Iki aləm qapısın açdı rəqibin üzünə,
Kim qalıb düşməninin halına bir o minval.
Lakin o, qeyzə gəlib düşməninə əl açsa,
Şığıyar sanki şikar üstünə birdən qartal.
Yararaq bağrını bir həmlədə məhv eylər onu,
Eyləyər qanını hər yırtıcı heyvanə həlal.
Gər fələk istər isə dərk eləyə xeyri şəri,
Bir onun təsbihi üstündə açar sidq ilə fal.
Dərgəhində quluna qibtə edər Rizvan da,
Cənnətə bənzər onun dərgəhi firdövs misal.
Qapısında qul olar xidmətinə amadə,
Ona tə’zimə düşər cümlə mələklər dərhal.
Olmasaydı ona xidmət həvəsi, ömründə
Heç açarmıdı səma içrə məlayik pərü bal?
Qorxuram yadə salım kim, tökülüb qanı nahaq,
Qorxuram qərq eləyə canımı bu əşki-məlal.
Gər çatarsa nəzəri göydəki səyyarələrə,
Nəhs olarmı o sitarə ki, deyir hər rəmmal.
Mərhəmət əbri onun atsa yerə bir qətrə,
Əl açıb bəhri-mühitlər edəcək onu sual.
Yolu üstündə tozu qalxsa göyə, hər ulduz
Sürtəcək gözlərinə ol tozu bir sürmə misal.
Bircə sənsən bu cahan içrə belə aliqədr,
Yoxdur aləmdə sənin tək belə fərxəndə xisal.
Kim cəsarətlə baxar səndə olan idrakə,
Kim açar rütbən üçün qibtə ilə çeşmi-xəyal?
Səbri bitmiş bu Füzuli diləməz, ey şahim,
Səndən özgə birinə söyləyə, o hal-əhval.
Olmasa mədhin əgər, bağlaya öz ləblərini,
Hərzə sözdən çəkinib də qala bir guşədə lal.
Lütfünə vardır ümidim, ona bel bağlamışam,
Gəl məni – xəstəni sən lütf edərək yadına sal!
Var ümidim, nə qədər dövr edəcək çərxi-fələk,
Duracaqdır bulud altında vüqar ilə cibal,
Başımız üstünə sayə sala feyzi-nəzəri,
Sorasan lütf ilə hər dəm bu zəifdən əhval.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qeside-21
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim,Qoparıb əşk-seylabilə min sərvi rəvan etdim.
Qeyrə eylər bisəbəb min iltifat ol nuşləbQeyrə eylər bisəbəb min iltifat ol nuşləb,İltifat etməz mənə mütləq, nədir bilmən səbəb?
Qəbrim daşına kim, qəm odundan zəbanədirQəbrim daşına kim, qəm odundan zəbanədir.Tən oxun atma kim, xətəri çox nişanədir.
Qəmdən öldüm, demədim hali-dili-zar sanaQəmdən öldüm, demədim hali-dili-zar sana,Ey güli-tazə, rəva görmədim azar sana!
Başqa şairlərin şeirləri
Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
Ey səba, bu ərzimi ərz etgilən cananımaEy səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
İsmi pünhan, neçin belə sınıqsanİsmi pünhan, neçin belə sınıqsan?Zülflərin görürəm şanadan qalmış.