Qəbrim daşına kim, qəm odundan zəbanədir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Qəbrim daşına kim, qəm odundan zəbanədir.
Tən oxun atma kim, xətəri çox nişanədir.
Eylər qədəh zəmanə qəmin dəf qaliba
Dövri-qədəh müxalifi-dövri-zəmanədir.
Qaldırdı əşk dün məni ol asitanədən
Kim, məqsədim mənim dəxi ol asitanədir.
Vaiz sözünə tutma qulaq, qafil olma kim,
Qəflət yuxusunun səbəbi ol fəsanədir.
Nəzr etmişəm fəraqinə kim, yox nihayəti,
Nəqdi-sirişkimi ki, tükənməz xəzanədir.
Can verməyimmi qürbətə kim bimi-tənədən,
Yadi-vətən fəğanıma sənsiz bəhanədir.
Ey dil, həzər qıl atəşi-ahinlə yanmasın
Cismim ki, dərd quşlarına aşiyanədir.
Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qebrim-dasina-kim-qem-odundan-zebanedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə dəşt sərsəbzdir, fəsl xürrəm,Cahan bitəkəllüf, təkəllüfdə aləm.
Bu sürahi məsələn bir sənəmi-rə’nadırBu sürahi məsələn bir sənəmi-rə’nadırKi, dəmadəm tərəbəngizü nişatəfzadır.
Məgər qılır rəqəmi-vəsfi-xətti-yar qələmMəgər qılır rəqəmi-vəsfi-xətti-yar qələmKi, xətti-yar kimi oldu mişkbar qələm.
Bağ lövhinə xəzan bərgi zərəfşan eylərBağ lövhinə xəzan bərgi zərəfşan eylər,Ab ol lövhdə məşqi-xəti-reyhan eylər.
Başqa şairlərin şeirləri · Eşq
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Bəxtim bana uz verdi, şərabdarə yetişdimBəxtim bana uz verdi, şərabdarə yetişdim,Opdum ayağın, kaseyi-sərşarə yetişdim.
Pərdə qıldın şəkərə ləli, nigar!Müşkdən ay üzünün haləsi var.
Səni sevəndənEşqin bəzəyibdir yaşıl çölləri,Hələ ki, sevirəm həyat gözəldi.