Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim,
Qoparıb əşk-seylabilə min sərvi rəvan etdim.
Götürdüm girdibadi-ah ilə gərdunə tapşırdım,
Qübari-rəhgüzarın cövhərin gözdən nihan etdim.
Nişani-surəti-xubin verib, bütlər sücudində
Fəsadi-etiqadin kafərin xatirnişan etdim.
Olub sərməst, qıldım nəşəyi-zövqi-ləbin fikrin,
Meyə rağib olanlar küfrünü xəlqə əyan etdim.
Görüb divarlərdə Kuhkən nəqşin demin aşiq,
Mənəm aşiq ki, tutdum dəşt, tərki-xaniman etdim.
Rəhi-eşqində ol gülrux, ciyər qan etdiyim bilmiş,
Çəkər hərdəm mənə tiği-siyasət, sanki qan etdim.
Füzuli şahibazi-övci-istiğna ikən, bilmən
Nə səhv etdim ki, bu viranə deyri aşiyan etdim?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qacan-kim-qametinden-ayri-seyri-busitan-etdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hasilim bərqi-həvadisdən məlamət dağıdır,Məsnədim kuyi-məlamətdə fəna toprağıdır,
Söhbətül ƏsmarQəvvasi-bəvahiri-rivayət,Səyyahi-bəvadiyi-hekayət
Pərişan halin oldum, sormadın hali-pərişanımPərişan halin oldum, sormadın hali-pərişanım,Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım,
İstərəmYandı canım hicr ilə, vəsli-rüxi yar istərəm,Dərdməndi-firqətəm, dərmanı-didar istərəm.