İstərəm
Yandı canım hicr ilə, vəsli-rüxi yar istərəm,Dərdməndi-firqətəm, dərmanı-didar istərəm.
Bülbüli-zarəm.deyil bihudə əfğan etdiyim,Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.
Dəhr bazarında kasiddir mətai-himmətim,Bu mətai satmağa bir özgə bazar istərəm.
Fani olmaq istərəm, yəni bəlayi-dəhrdən,Rahəti-cismi-zəifü cani-əfkar istərəm.
Nola gər qılsam şəbi-hicran təmənnayi-əcəl,Neyləyim, çoxdur qəmim, dəfinə qəmxar istərəm
Çün bəqa bəzmindədir dildar, mən həm durmazam,Bu fəna deyrində bəzmi-vəsli-dildar istərəm.
Ey Füzuli, istəməz kimsə rizasilə fəna,Mən ki bundan özgə bilməm çarə, naçar istərəm
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-isterem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Maliki-mülkarayi-aləm və hakimi-hikmətfəzayi-əqalimi-hikem mə'mureyi-cəhani vəqfi-ərbabi-istirzaq edib, tövliyətin müluki-ədalətşüar və hükkami-merhəmətdisarə təfvİz etdikcə və xanogah-təngnayi-ersəyi-İmkanda asari-ərbabHstehqaq olub, hər fərdinə miqdarmca xəzaneyi-qeybdən vəzifeyİ-müstəmirrə yetdikcə, ol mümliyi-ərqami-dvvam-xilafətin qələmİ-mişkbarlan miftahi-künuzi-ərzaqi-əshabİ-istehqaq ola. Ve ol naqili-ə'lam istehkami-bünyani-səltənətin rəqəmi-ənbərnisarlarmda hədayiqi-əhdaqi-ərbabi-nəzər bəsarət bula. Şərhi-şəmmeyi-səna və rəfi-şiymeyi-duadan sonra:Ərz edər xakisari-bimiqdar,
Həva ərayisi-gülzarə oldu çehrəgüşaHəva ərayisi-gülzarə oldu çehrəgüşa,Bahar gülşənə geydirdi hülleyi-xəzra.
Nə kim səhifeyi-tədbirə əql edər məsturNə kim səhifeyi-tədbirə əql edər məstur,Saqınman ani olur, olmaz olmayan məqdur.
Ab lövhi üzrə çəkmiş mövcdən mistər səbaAb lövhi üzrə çəkmiş mövcdən mistər səba,Səbzədən nəql etməyə vəsfi-xəti-dilbər səba.
Başqa şairlərin şeirləri · Eşq
Mən sənə heç vaxt«Sevirəm» demədim.
Hər gedən gəlmiş,mənim ol qəmküsarim,Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Fələyin bir belə dövrü olacağmış, nə bilimFələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?