Ab lövhi üzrə çəkmiş mövcdən mistər səba
Qəsidə nədir?
Qəsidə: təntənəli, uzun lirik şeir; mədh və ya öyüd üçün yazılır.
Ab lövhi üzrə çəkmiş mövcdən mistər səba,Səbzədən nəql etməyə vəsfi-xəti-dilbər səba.
Almaq içün qiymətilə səbzədən şəbnəm dürin,Yasəməndən sim tökmüş, ya səməndən zər səba.
Ağzın əsrarın dilər faş edə, açıb qönçəyi,Gör nə rəng ilə qılır izhar hər müzmər səba.
Əncümənlər seyr edib nəsrin bəyazın gəzdirir,Hüsni-xülqində dürüst etmək dilər məhzər səba.
İnfial etmiş məgər sür’ətdə Rəxşindən səninKim, gəzər məxfi, görünməz kimsəyə michər səba.
Axtarıb bulmaq dilər vəsfi-rüxün kim, müttəssilNüsxeyi-gülbərg övraqın qılır əzbər səba.
Abgun tiğincə olmaz, bunca daim kim verürTiği-abi-cuyibarə mövcdən cövhər səba.
Ayağın toprağını yerdən alır tə’zim ilə,Qaliba düzmək dilər başına bir əfsər səba.
Eşidibdir, qaliba, qəddinlə şəm’in bəhsini,Hər qaçan gördiysə eylər şəm’ə qəsdi-sər səba.
Asitanında müqim olmağa bulsaydı qəbul,Həq bilir, olmazdı sərgərdani-bəhrü bər səba.
Asimanə qədrlə çıxsa nə hasil, çün degilOna qabil kim, ola qapında xaki-dər səba.
Atəşi-bidadə göymüşdür, olubdur dadxah,Gördüyü yerdə saçar başına xakistər səba.
Abi-dərya üzrə gəh İlyasvəş seyran edər,Gah eylər məskən İbrahimtək azər səba.
Oddan afət görməzü sudan zərər, guya qılırQanda olsa iqtidai-şər’i-Peyğəmbər səba.
Əhmədi-mürsəl ki, fərmanbər Süleymandır onaEylə kim, gördü Süleyman oldu fərmanbər səba.
Ol şahənşəh kim, rizasilən gəzər hər qanda var,Gər şimalü gər dəburü gər cənubü gər səba.
Ey güli-baği-rüsül, bir tazə gülşəndir qapunKim, dəmi-Cibrilə ol gülşəndə tə’n eylər səba.
İstəyib bulmaz qapun feyz almaq içün, müttəsilQanğı gülşən seyrinə girsə çıxır müztər səba.
İlətir xaki-dərini zərrə-zərrə gülşənə,Qılmaq içün tutiyayi-dideyi-əbhər səba.
Atəşi-bidad ilə aləm yanar, gər qılmasaƏdlini şaye’, gəzib hər dəm yedi kişvər səba.
Olduğiçün düzdtək pünhan girüb güşənlərəBisəbəb rəxti-gülü nəsrinə qarətgər səba,
Öz günahinə şəfaət istəyib, fəryad edibÇizginür xaki-məzarin üzrə ta məhşər səba.
Etməzsəm tərki-təmənnayi-təvafin çıxsa can,Xak həm olsam qübarimni sənə iltər səba.
Açmış ümmidi-rəhi-vəslin dili-pürxunimi,Eylə kim əsli-bahar açar güli-əhmər səba.
Eylə incəldim, zəif oldum ki, xaki-kuyinəQabiləm xaşaktək olsa mənə rəhbər səba.
İltimasım bəxtdən oldur ki, cari hökm ilə,Ta rəyahinə çəmən mülkündədir sərvər səba,
Ola nə’tindən Füzulinin kəlami dilpəzir,Eylə kim, güldən bulur ənfasi-canpərvər səba.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ab-lovhi-uzre-cekmis-movcden-mister-seba
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dün sübhdəm ki, laləvü nəsrin salıb niqab,Gül çöhrəsindən atdı səba pərdeyi-hicab,
Ta cünun rəxtin geyib, tutdum fəna mülkün vətənTa cünun rəxtin geyib, tutdum fəna mülkün vətən,Əhli-təcridəm, qəbul etmən qəbavü pirəhən,
Tən pozuldu çeşmi-əşki-xunfəşanimdən mənimTən pozuldu çeşmi-əşki-xunfəşanimdən mənim,Göydü can könlümdəki suzi-nihanimdən mənim.
Vay, yüz min vay kim, dildardən ayrılmışamVay, yüz min vay kim, dildardən ayrılmışam,Fitnə çeşmi sahirü xunxardən ayrılmışam,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Millət boğulurkən vətənin ac havasında,Məmurlarımız yallı gedir tac havasında.
Yazılı nağıllarYaşıl yarpaqlara xal düşdü yenə,Yaşıl yarpaqların növrağı getdi.
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Ay ariflərAy ariflər, bir tərlanım uçubdu,Sağ əlimdən sol əlimə alınca.