Çəkər birəhmlər yanında hər saət zəban xəncər
Qəsidə nədir?
Qəsidə: təntənəli, uzun lirik şeir; mədh və ya öyüd üçün yazılır.
Çəkər birəhmlər yanında hər saət zəban xəncər,Günahım sabit eylər, ölməyim xatirnişan xəncər.
Zülali-vəslinə ləbtəşnəyəm bir türki-bədxuyinKim, ondan qətreyi-ab istəsəm dartar rəvan xəncər.
Verir pərvanə öz canın sənə çün ixtiyar ilə,Nə hacət şö’lədən, ey şəm’, çəkmək hər zaman xəncər?
Həzər qıl, gəzmə çox pərvasız, ey bülbül ki, qətlinçünTikəndən daməni altında qılmış gül nihan xəncər.
Müjən qanım töküb, qəmzən alır canım, əcəb sanma,İşidir töksə qan ox, adətidir alsa can xəncər.
Qaşınla gözlərindir hər tərəf, ya bir niza’ üzrəÇəkibdir bir-birinə iki sərxoş türkman xəncər?
Xəyali-qəmzən ilə bəs ki, rahət getdi cismimdən,Sanasan pəhluyi-çakimdədir hər üstüxan xəncər.
İlətsəm xəncərin şövqini qəbrə, hər bahar olğac,Olur səbzə yerinə xaki-qəbrimdən əyan xəncər.
Qucar zərrin kəmərlə belini, vəh bu nə tale’dirKi, altun qüvvətilə böylə olmuş kamiran xəncər.
Xəyali gözdədir, kirpiklərin dəprətmə, ey mərdüm,Ədəb şərti degil mehmanə çəkmək mizban xəncər.
Göz açıb busitanə xətti-səbzinsiz nəzər qılsam,Görünür gözlərimə səbzeyi-hər busitan xəncər.
Dəhanın yox demişlər, söylə bu göftar qandandır,Belin peyda degil, de qanda dutmuşdur məkan xəncər?
Məhali-əqldir kim, ola müjganın kimi xuni,Əgər ustad əlindən su yerinə içsə qan xəncər.
Rüxi-zərdim salıbdır xəncərin güzgusinə əksin,Və ya simin əlində tutduğundur zərnişan xəncər.
Zəbani-tiz ilə ortayə girmiş müttəsil guya,Olam der madihi-Peyğəmbəri-axirzəman xəncər.
Şəhənşahi ki, tiği-abdari zahir olduqda,Əlindən saldı Xosrov nizəvü Nuşirəvan xəncər.
Yəməndən baş çəkəndə məhçeyi-rayati-iqbali,Buraxdı tirə torpağə şəhi-Hindustan xəncər.
Səfarayi-məsafi-Bədrdir izhari-mö’cizdə,Şikafi-pərniyani-bədr üçün qılmış nişan xəncər.
Əduyi-cahinin qət’i-həyatiçün çəkər hər ay,Qilafi-lacivərdidən hilali-asiman xəncər.
Səhər feyzi ki, düntək tirə qılmazdı dili-safın,Günəştək qəsdinə çəksəydi min namehriban xəncər.
Səxi təb’i ki, rüxsarə sipərtək çin buraxmazdı,Əgər qəsdinə çəksəydi qamu əhli-zəman xəncər.
Olurdu dideyi-bədbinə izhari-nübüvvətdə,Onun göndərdiyi hər nameyi-mö’cüzbəyan xəncər.
Ğəzalərdə duayi-cövşənində çarə qılmazdı,Özün hər necə qılsa təcrübə tir, imtəhan xəncər.
Əya şahi ki, baxsan xəncəri-şər’in nizamiçün,Çəkibdir min şahənşəh tiğü min sahibqiran xəncər.
Əgər qamusi-şər’in olmasaydı xəlqə müstövli,Nə bir pürdil çəkərdi tiğü nə bir pəhlivan xəncər.
Nəqizi-hökmünün qət’i-fəsadiçün əliflərdən,Kəlamüllah bihəd tiğ çəkmiş, bikəran xəncər.
Münafiq edə bilməz şər’inə mədxəl ki, çevrəndəMəlaik pərrü balın görsə, div eylər güman xəncər.
Bihəmdillah ki, hala dideyi-bədxahə nə’tindəFüzuli nəzminin hər sətridir bir cansitan xəncər.
Zəbani-xaməsi isbati-e’cazında küffarə,Gəhi dilduz navək göstərir, gəh xunfəşan xəncər.
Şəfiül-müznibina, məhşər əyyami ki, duzəxdən,Çəkər hər ləhzə mücrim qəsdinə bir biəman xəncər.
Budur ümmid kim, məhfuz olam hisni-pənahində,Qilaf içrə nəçük kim, saxlanır, görməz ziyan xəncər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ceker-birehmler-yaninda-her-saet-zeban-xencer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey məzaqi-cana cövrin şəhdü şəkkər tək ləziz,Dəmbədəm zəhri-qəmin qəndi-mükərrər tək ləziz.
Ey müsəvvir, yar timsalinə surət vermədinEy müsəvvir, yar timsalinə surət vermədin,Zülfü rüx çəkdin, vəli, tabü təravət vermədin.
Ey saçın fikri qamu sevdalərin sərmayəsiEy saçın fikri qamu sevdalərin sərmayəsi!Olmasın başimdən əksik sərvqəddin sayəsi.
Ey təğafül birlə hər saət qılan şeyda məniEy təğafül birlə hər saət qılan şeyda məni,Vaqif ol kim, öldürər bir gün bu istiğna məni.
Başqa şairlərin şeirləri
Ey ağalar necə olurHalı yardan ayrılanın
Evə qayıdaramEvə qayıdaram qaş qaralanda,Dağlardan ahəstə yelə əsən zaman.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Rübailər və fərdlərHər çəmən səhndə kim ol şahi-şuxvəşin olurDudi-ahım əbri-gövhərbar tək örnək olur