Ey saçın fikri qamu sevdalərin sərmayəsi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ey saçın fikri qamu sevdalərin sərmayəsi!
Olmasın başimdən əksik sərvqəddin sayəsi.
Baş qoyar hər sübhdəm xurşid xaki-payinə,
Bu səadətdən onun gəldikcə artar payəsi.
Sən səlamət kisvətin zivər qıl, ey əhli-səlah!
Kim mənə bəs, muyi-julidəm cünun pirayəsi.
Görməmiş məhdi-zəmin bir tifl sən tək, ta fələk,
Dəhri-zalın qılmış ətfali-rəyahin dəyəsi.
Bərqi-ahindən Füzulinin göyərdi bixəbər,
Dünlər əfğanilə bidar olmasa həmsayəsi.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ey-sacin-fikri-qamu-sevdalerin-sermayesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mə'budinə ərz qıldı razın,Bildirdi könüldəki niyazın:
Məcnunun Leyli vəfatından xəbərdar olduğudur və dust yadı ilə dünyadan getdigidirMöhnət çəmənində gül dərənlər,Aləmdə yaman xəbər verənlər
Bu, Zeydin Leyli ilə Məcnunu rö'yasında gördügüdürOl məşhədə Zeyd olub mücavir,Asari-sədaqət etdi zahir.
Bu, bəyani-üzri-tə'lifi-kitabdır və tarixi-zəmani-fəthi-babdırEy kilki-rəvəndə, barəkallah!Oldun məni-rəhnəvərdə həmrah.
Başqa şairlərin şeirləri
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
SöyləDurnam, gedər olsan bizim ellərə,Qatıq söylə, qaymaq söylə, yağ söylə.
Nazlı dilbər, bu gün gülşən seyrinəNazlı dilbər, bu gün gülşən seyrinə,Getdi, aparmadı üzülən məni,
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,