1969-1983-cü illərdərespublikamıza rəhbərlik etmişhörmətli Heydər Əliyevə ithaf

Vətənimiz də birdir,Torpağımız da bizim.Üstü mavi zolaqlıBayrağımız da bizim.

Ocaqlara od verənBir ocağın oduyuq,İnamlı, etiqadlıBir xalqın övladıyıq.

Bizim yolumuz çətin,İradəmiz sarsılmaz,İnamımız da birdir.Bu yol ağır savaşlıBizim bu günümüzdənAydın sabaha gedir.

Bu yüksəliş yoluylaGedir xalqımız bizim.Qabaqda sən gedirsənŞücaətli əzizim!

İkiüzlü olanıİki yandan vurursan,İkisözlü olanıBir sözlə susdurursan.Sən düşmənsən yalana,Əliəyri olana,

Yaxşı divan tutursanVəzifələr başındaHər gün haram pullarlaCiblərini dolduranMillətə ot yolduran

Qansız rüşvətxorlara,Acgöz nankorlara.Eşq olsun qüdrətinə,Milli cəsarətinə.

Qanı doğma qanımız,Milli qəhrəmanımız!Xalqımızın Ər oğlu!Millətə rəhbər oğlu!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən