Məhəbbət
Neçə qərinə görmüsən,Kimə şadlıq,Kimə kədər,Sən kimə ölüm vermisən?
Kimi həsrət diyarında,Kimi vüsal bağında,Məhəbbətin gülzarında yaşatmısan.Kimi xoşbəxt;Yar-yoldaşlı,Kimi tənha, gözü yaşlı eyləmisən.Ey sehirlim, yüzillərləBir cavab ver, insanlara neyləmisən?
* * *
Sən – xəndəsən,Mən – kiryəyəm,Özüm də bilmirəm nəyəm.Oxunmamış bir nəğməyəm.Hünərin var oxu məni!Aparmamış son mənziləBir əbədi yuxu məni.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-mehebbet
← → düymələri ilə keçid, R — təsadüfi şeir