Mənəm – mən
Mən haraya getsəmSən orda varsan.Sən harada olsanMəni ararsan.Bağdan xəzan vurmuşBir gül qoparsanBil ki, xəzan vurmuş o gülMənəm, mən!
Üfüqlər qızarır günəş batanda,Susur şən nəğmələr quşlar yatanda,Bir sel çağlayacaq “vaxtım” çatandaBil, elə çağlayan o selMənəm, mən!
Şax üstə açılmış görəndə gülü,Eşqindən açılır bülbülün dili,Əsəndə dağlardan ilk bahar yeliGül-çiçək ətirli o yelMənəm, mən!
Quşların yatmağa yoxdur həvəsi,Doldurub bağları bir nalə səsi,Könlü gülüstana dönən bir kəsiGörsən bil, o könülMənəm, mənəm, mən!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-menem-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Mən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
GileyGiley xəstəliyi bürüyüb bizi,Bu boyda məmləkət giley içində.
Səni gər çəksələr, ey dil, bu meydan içrə dar üstəSəni gər çəksələr, ey dil, bu meydan içrə dar üstə,Budur şərti-vəfa kim, dutmayasan yar yar üstə.