Düyünlü sözlərdən heç gəlməz xoşum,Aydın həqiqətdir mənim fəlsəfəm.Vətənə, millətə, qardaş ellərəDərin məhəbbətdir mənim fəlsəfəm.

Dumanlı arzular, xam xəyal deyil,Şan-şöhrət uğrunda qalmaqal deyil;Fitnə-fəsad deyil, puç amal deyil,Haqdır, ədalətdir mənim fəlsəfəm.

Mən çox bəlalara gərmişəm sinə,Haqqı yazmamışam heç vaxt tərsinə.Ulu babaların yaxşı irsinəƏbədi hörmətdir mənim fəlsəfəm.

Mənasız ədavət nəyimə gərək,Dar gündə mal-dövlət nəyimə gərək,Acizlik, ətalət nəyimə gərək,Hünərdir, cürətdir mənim fəlsəfəm.

Xalqımın şöhrəti tutub cahanı,Odur dilimdəki mahnımın canı.Məslək düşməniylə döyüş zamanıYalnız rəşadətdir mənim fəlsəfəm.

Gərək son verilsin hər fəlakətə,İnsanam, düşmənəm zülmə, vəhşətə;Azadlıq aşiqi bəşəriyyətəCan-başla xidmətdir mənim fəlsəfəm.

Zəhmətsiz bir ömrün nə mənası var?İnsana zəfərsiz yaraşmaz vüqar.Qardaşa, yoldaşa, dosta etibar,Düşmənə nifrətdir mənim fəlsəfəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən