Hüseynqulu Sarabskinin xatirəsinə

Səhnəyə, sənətə məcnuncasınaMəftunumuz təkdi, gəldi də getdi.Füzuli gözünün yaşından doğanMəhzunumuz təkdi, gəldi də getdi.

Hicran yollarında yorğunluğundan,Gözəl Leylasına vurğunluğundan,Qolları zəncirli məcnunluğundanMəmnunumuz təkdi, gəldi də getdi.

Dözdü min bəlayə canan yolunda,Hazırdı verməyə min can yolunda.Sonu görünməyən hicran yolundaYorğunumuz təkdi, gəldi də getdi.

İlk gənclik çağında öz leylasınaMəhəbbət bağında öz leylasına,Ölüm ayağında öz LeylasınaVurğunumuz təkdi, gəldi də getdi.

Bir ərəb qızına könül bağlayan,Odlu naləsilə sinə dağlayan,Aləmi ağladan, özü ağlayanMəcnunumuz təkdi, gəldi də getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri