Cəfər, səni andım
Cəfər, bu səhər mən səni şair kimi andım,Gəl, gəl, dedim, ancaq mənə hay gəlmədi səndən.Yandım, necə yandım, necə yandım, necə yandım!Sordum bütün eldən, sorağın gəldi çəməndən...Andım səni, andım səni hörmətlə, eloğlum,Yazdım bu kiçik şeri məhəbbətlə, eloğlum.Yazdım ki, a dostum, görüşüm bir də səninlə,Səhnəmdə açılsın təzədən pərdə səninlə,Çoxdan səni mən səsləyirəm, gəl,Gəl, gözləyirəm, gəl.Gəl, birgə gəzək doğma vətən mülkünü, dostum,Çox istəmişəm mən bu mübarək günü, dostum.Addımla gözəllər yetirən torpağımızda,İlhama gəlib mahnı yarat el bağımızda.Sən varlığını alnı açıq millətə verdin,Söz incini bu səhnəyə, bu sənətə verdin.Kim gördü desin bir kərə bu səhnəni sənsiz,Yox görmədik əsla bu gözəl gülşəni sənsiz.Cəfər! Demə ki, keçdi ömür, getdi cavanlıq,Bax səhnəyə, bax bir də məhəbbətlə bir anlıq.Bir zərrə qədər qəm yemə, gəncsən, hələ gəncsən,Mənalı keçən illərinin şahidiyəm mən.Gəlməzdi xoşun başda oturmaqdan, a dostum,Artıq danışıb məclisi yormaqdan, a dostum.Sən harda oturdunsa, inan, başda göründün,Son cərgədə əyləşdiyin an, başda göründün.Yüksəklərə qalxdınsa da “mən, mən” demədin sən,Süfrəndəki nemətləri heç tək yemədin sən,Xalq içrə, əzizim, adın hörmətlə çəkildi,Hörmətlə, məhəbbətlə çəkildi.Əldən-ələ, dildən-dilə gəzdikcə kitabın,Yox, yox, “bu mənimdir” sözü çıxmazdı dilindən.Tərif deyilən vaxt üzünə, buydu cavabın –“Tərifləməyin, çünki həvəskar yazanam mən”.Hər kəlmən, əzizim, məni dinlə –Gül oldu bütün dostlara, düşmənlərə – güllə.Şair ürəyin, məncə, məhəbbətlə ekizdir.Arzun, diləyin, məncə, məhəbbətlə ekizdir.Cəfər! qara gözlü, bizim ağ günlü sevillərHər yerdə səni bir ata tək gör nə sevirlər!Dostum, sən özün yaxşı bilirsən bunu məndən.Övladlarının bir daha xoş bəxtinə bax sən –Sən istəyini, arzunu bir aləmə yaydın,Cəfər, gözün aydın,Çox sevdiyin, aydınların aydın yola çıxdı,Ağ günlü gözəllərlə verib qol-qola çıxdı.Ey alnı açıq, qəlbi təmiz bəxtəvər insan,Az dadmışam mən də sənin duz-çörəyindən,Milyon ürəyə körpü yaratdın ürəyindən.Xatırla, əzizim, o əziz günləri bir də,Şair həvəsilə gələrək vəcdə bu yerdəŞair sayağı əldə qələm yollara çıxdın,Dost tək yeni aləm yaradan əlləri sıxdın.Əllərdə qalıbdır o hərarət hələ, dostum.Olmuş sənə qismət bu şərəf, fəxr elə, dostum.Yollarda qələmsiz səni el görmədi bir gün,
Söz mülkünə şagird də, müəllim də özündün.Yazmaq və yaratmaq həvəsiyləYüksək, ən uca zirvəyə çatmaq həvəsiyləEldən gözəl insanların ünvanını sordun,Yollar səni heç yormadı, sən yolları yordun.Al bayrağın altında gedənlər yorularmı?Öz qəlbini al bayraq edənlər yorularmı!Sevdin vətəni, milləti namuslu oğul tək,Oldun bizə örnək.Sən sənətə məcnun kimi qəlbinlə vuruldun,Ağ saçlı bu yollarda böyük qardaşım oldun.Qardaş kimi, sirdaş kimi sevdim səni, hər an,Bax, sən tək oğullarla gözəlləşdi bu dövran!Əsgərdin əzəl gündən elinçin, vətəninçin,Düşmən səni sevməzdi, bu aydındı səninçin.Ön cərgədəsən sən yenə əsgər kimi, Cəfər,Addımla bu yollarda səfərlər kimi, Cəfər!Cəfər, demə ki, keçdi cavanlıq,Öz dostunu gəl dinlə bir anlıq.Heç kim sənə çox yaş verə bilməz bu yaşında,Gəl şənliyə öz sadə çələnginlə başında.Sən yayda da, sən qışda da ölkəmdə baharsan,Torpaqların altında da, üstündə də varsan.Haqdır bu sözüm, səndə düha qüdrəti varmış,Alqış sənə, alqış sənə, alqış sənə, alqış!Sığmır yerə, sığmır göyə sayəndə sevincim,Güllər bitirir sanki bu gülşəndə sevincim.Alqış, bu böyük sərvətə, bu sənətə alqışAlqış belə övlad yetirən millətə alqış!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-cefer-seni-andim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Yenə sizi gördüm, könül tərlanıVətən dağlarına uçdu, a dağlar.
Böyük periklin ən ağır cəzasıUzaq Afinada, qədim zamanlar,Perikl adlanan böyük hökmdar,
Bizim elYa qonaq, ya qərib, ya səyyah ol sən,Harda könül açan mahnı eşitsən,
Sünbül dənə dolub əydi başınıSünbül dənə dolub əydi başını,Səhərin mehində baxdı torpağa: