Dünyaya car çəkib dünən öz inqilabımı,Dəfn etdim əllərimlə bütün iztirabımı.Dərdim, qəmim və nalələrim qaldı arxada,Hürriyyətim yoxaltdı mənim min əzabımı.Göstərmişəm vəsiqə kimi hər diyarda mənHəm şeri, həm də nəğməsi al hər kitabımı.Bilsin bu yer üzündəkilər, mən Süleymanam,Xalqın adıyla kökləmişəm öz rübabımı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri