Qurban olsun
Sevgilim, məclisə gəl, can sənə qurban olsun,Könül hicrində pərişan sənə qurban olsun.Gül, gülüm, gül ki, xəzansız keçirək ömrümüzü,Gül, baharım, bu gülüstan sənə qurban olsun,Deyirəm – ayrılığın dərdinə dərmansa qanım,Canımın cövhəri bu qan sənə qurban olsun.Mənə əvvəlki məhəbbətlə görünsən bir an,Razıyam varlığım hər an sənə qurban olsun.Ey nigarım, üzümə, çox demirəm, bir kərə gülGündə min dəfə Süleyman sənə qurban olsun!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-qurban-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əziz Əliyevi mən gənclik illərindən tanıyırdım. Onunla ictimai yığıncaqlarda, məclislərdə çox görüşmüşdük. Olduqca sadə, səmimi insan idi. Ondakı incə, duzlu yumor söhbətlərinə məlahət verərdi.Belə oldu ki, Vətən müharibəsi başlananda, Sovet ordusu vətənimizi alman faşizmi təhlükəsindən qorumaq məqsədilə İran torpağına qədəm qoydu (1921-ci il müqaviləsi əsasında). 1941-ci ildə İran ərazisinə daxil olan qoşunlarımızı xalq duz-çörəklə qarşıladı. Lakin xan, mülkədar ailələrinə mənsub yüksək rütbəli zabitlərin qara niyyətləri puça çıxdı. Onların çoxu silahlarını kəndlilərə verib əvəzində kəndli paltarı alaraq təğyiri-libasla Tehrana qədər qaçdılar.
Arazın o tayındaCənubi azərbaycanlı qardaşlarımızın taleyi məni həmişə düşündürmüşdür. İlk gənclik illərində yazdığım bir neçə kiçik şerim bu mövzudadır. 1934-cü ildə qələmə aldığım “Yaxşı yoldaş” poemasında da bu məsələdən bəhs açmışam.1940-cı ildə tamaşaya qoyulmuş “Qaçaq Nəbi” mənzum dramasında bu haqda daha ətraflı söhbət getmişdir.
Ərdəbil səfəriBizə, Təbrizə xəbər gəlib çatdı ki, 7 noyabrda Oktyabr inqilabının ildönümü günündə Ərdəbildə əhali çevriliş yaratmaq fikrindədir. Bunun qarşısı alınmalı idi. Bizim Qızıl Ordu İran torpağına bu məqsədlə daxil olmamışdı. Bu hadisədən müharibənin bu gərgin çağında bizə dost olmayanlar sui-istifadə edə bilərdi. Ərdəbilə məni və bir yoldaşı göndərməyi qərara aldılar. “M-1” maşınla yola çıxdıq. Sürücümüz gənc idi. Bu yolu ilk dəfə qət edirdik. Axşamüstü Səraba çatdıq. Mən gecəni Sərabda qalmağı irəli sürdüm. Dostum təkidlə yola çıxmağı məsləhət gördü. O tanış, bələd olmadığımız bir yerdə gecələməkdən ehtiyat edirdi. İkimizin də rütbəsi batalyon komissarı rütbəsiydi. Nədənsə, səfər dostum Bakıda məsul işlərdə olduğu havayla hərəkət edərək mənimlə sürücünün üzərində rəhbərliyi öhdəsinə götürdü. Hava qaralanda yola düşdük. O, sürücüyə ciddi tapşırdı ki, “Gözün dörd olsun, yolda gözünə şübhəli bir şey görünəndə cəld maşını saxla”.Artıq qaranlıq düşmüşdü. Dərələrdən keçəndə qulaqlarımızda küləklərin uğultusu səslənirdi.
12-ci tüfəngŞərab səfərində bir hadisənin şahidi olmuşduq. Mən onu bilərəkdən sonra yazmağı qərara aldım. Əmniyə rəisiylə və əmniyələrlə birlikdə hadisə baş vermiş kənddən digər bir dağ kəndinə getməli olduq. Əmniyə rəisi deyirdi ki, sizə arxalanıb kəndlilər bizim 12 əmniyəni tərk-silah edib gülünc vəziyyətdə Səraba qaytarıblar. Bu saat onlarda 12 tüfəng var. Bu asi kəndə divan tutmaq lazımdır.Biz təkrar ora atlandıq. Bu kimi çıxışlara səbəb İrandakı vəziyyətdir. Kəndlilərin mülkədarlardan, dövlət məmurlarından çəkdikləri əzabların nəticəsidir.
Başqa şairlərin şeirləri · Eşq
Ürəyimi eləyib qanAğlama Nigar, ağlama...
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Ey səba, bu ərzimi ərz etgilən cananımaEy səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.