Təbrizim
Baxdıqca hüsnünə doymayır gözüm,Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Qoymaram yadları girsin qoynuna,İzin ver qolumu salım boynuna!Sənin bayramına, sənin toyunaDili bir, qanı bir qardaşın gəlib,Dərdinə aşina sirdaşın gəlib.
Sən çıxdın qarşıma duzla, çörəklə,Bağından dərdiyin güllə, çiçəklə,İkiyə bölünməz saf bir ürəklə,Təbrizim, Təbrizim, aman Təbrizim,Yox olsun başından duman, Təbrizim!
Qədrini ayrılıq çəkənlər bilər,Hicranda göz yaşı tökənlər bilər,Ömrünə qaranlıq çökənlər bilər,Bağından gül-çiçək dərdim, Təbrizim,Yenə təzələndi dərdim, Təbrizim!
Nə qəşəngdir yol boyunca söyüdlər,Söyüdlərin kölgəsində igidlərBabalardan dinləyirlər öyüdlər,Coşur damarlarda qanı, Təbrizim,Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Ağlasan ağlaram, gülsən gülərəm,Yaşasan yaşaram, ölsən ölərəm,Varımı səninlə yarı bölərəm,Gəl bir də üzündən öpüm, Təbrizim!Başına gül-çiçək səpim, Təbrizim!
Nədir o, mənalı, dərin baxışlar?Nədir gözlərindən yağan yağışlar?Nədir qəlbindəki payızlar, qışlar?Yetimtək boynunu burma, Təbrizim!Məlul-məlul baxıb durma, Təbrizim!
Sənin çiçəyinə, gülünə qurban!Mənə qardaş deyən dilinə qurban!Vətəninə qurban, elinə qurban!Baxdıqca hüsnünə doymayır gözüm,Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-tebrizim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kağızlar üstündəki sətirlər zəfərimdir,Altında imzam isə mənim alın tərimdir.
İkinci təvəllüdUdardı məni də qaranlıq gecəCanımı atəşlə yoğurmasaydım.
YadigarVətən hədiyyə edibdir bu iftixarı mənə,Odur, o, sevdirən ömrümdə ilk baharı mənə.
XatirəVuruldum gəncliyimdə Xəzər gözlü bir qıza,Səhər gözlü bir qıza!
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Hər səhər badi-səba kim, kuyi-canandan gəlür,Sanasan ruhül-qüdüsdür buyi-can andan gəlür.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriYetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.
İlin fəsilləri dörddürQar gedər, yer açılar,Göydən yağış saçılar,