Hər səhər badi-səba kim, kuyi-canandan gəlür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Hər səhər badi-səba kim, kuyi-canandan gəlür,Sanasan ruhül-qüdüsdür buyi-can andan gəlür.
Bu nəsimi-sübhdür kim, rövşən etdi çeşmimi,Yoxsa buyi-Yusifi-Misri ki, Kən’andan gəlür.
Ləblərin ətrafidə kim, baş çıxardı xətti səbz,Xızra bənzər kim, kənari-abi-heyvandan gəlür.
Bağibanidür yüzündə xali mişkin, ey sənəmKim, ətəgi doldurub güldən gülistandan gəlür.Xaki-payin birlə istərmən urum göz rozəninKim, mana hər nə gəlür, bu çeşmi giryandan gəlür.
Badeyi-gülgun içində ləblərin hər birisi,Qiymətin bir lə’lə bənzər kim, Bədəşxandan gəlür.
Ol kəmanəbrü sənəmdin Kişvəri hər tiri-ğəm,Hüd-hüdi-fərxəndə peydür kim, Süleymandan gəlür.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-her-seher-badi-seba-kim-kuyi-canandan-gelur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir qədəm qoygil dedim bu çeşmi-giryan üstünə,Dedi kim, nola gələli xoş ola can üstünə.
Aşiği kim, girdi hicründən fəna toprağinəAşiği kim, girdi hicründən fəna toprağinə,Bir məzari üstünə dəgməzmidi varmağinə?
Rəqibi hər xaçan könlüm görər ol mah ilən beyləRəqibi hər xaçan könlüm görər ol mah ilən beylə,Çəkər bir ah kim, canım çıxar ol ah ilən beylə.
Boyun sərvi-səhidür bağ içindəBoyun sərvi-səhidür bağ içində,Yüzün bir tazə gül yaprağ içində.