Vuruldum gəncliyimdə Xəzər gözlü bir qıza,Səhər gözlü bir qıza!Könlümdə dil açanda mənim ilk məhəbbətim,Yadımdadır o qızla lalapiti söhbətim.Kəlməni kəlbətinlə qəlbimdən çıxardığım,Ayağım əsə-əsə qapısına vardığım.Yadımdadır, əksini gözümdə gəzdirdiyim,Sevgisini canımtək özümdə gəzdirdiyim.O qıza bir qızılgül verdiyim yadımdadır,Bir axşam yaxasında gördüyüm yadımdadır...Yadımdadır könlümə ilham verən sözləri,Gözlərimlə danışan o səmavi gözləri,Gedişi yadımdadır, gəlişi yadımdadır,Bahardan min qat gözəl gülüşü yadımdadır.Bu eşqin tarixindən çox uzun illər keçib,İllərin darağıyla saçımıza dən düşüb.Elə gəlir ki, mənəVerdiyim o gül yenəOnun yaxasındadır,Ayrılıq saatları illər arxasındadır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri