Deyirlər ki, o qızın nəyinə vurulmusan,Bilmirik niyə görmür gözəlləri gözlərin?!Bu məzəmmət hədərdir, mən deyiləm peşiman,Yox, yox, dəyəri yoxdur mənimçün bu sözlərin.

Eşqimin göylərində tək o qızı görürəm,Günəşim də, ayım da, ulduzum da o qızdır.Nə baharı, nə qışı, nə payızı görürəm,Baharım da, qışım da, payızım da o qızdır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar