Bir ulduzam özüm də
Şan-şöhrətdir anadan neft şəhərində olmaq,O yerdə ömür sürüb, o yerdə yaşa dolmaq.Möhtəşəm şəhərimdə, Bakımda doğulmuşam,Orda iməkləmişəm, orda yaşa dolmuşam.Canım bu torpaqdadır,Qanım bu torpaqdadır.Alnıaçıq neftçiyəm, mən razıyam peşəmdən,Ölkələr işıq alır mənim buruq meşəmdən.Ta uşaqkən neftimin qəhvəyi damlalarıSəpələnib üstümə yağan xoş yağış kimi.Baxıb neftdən yaranmış qara göllərə sarıİstəmişəm baş vurub üzəm orda quş kimi.Neftimin hər damlası bir ulduzdur gözümdə,Buruqlar arasında bir ulduzam özüm də.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-bir-ulduzam-ozum-de
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Araz sahilindən yolum düşəndə,Bir an həyəcansız keçə bilmirəm.
Ürəyimi verərəmXəzan vursa bağçanı, çiçəyimi verərəm,Süfrəndə şey tapmasan, çörəyimi verərəm.
Köçürə biləydilərDeyirəm nə olaydı cənublu qardaşıma,Mənim həyat suyumdan içirə biləydilər.
Dinlə qardaşınıDinlə qardaşını, a yaslı qardaş,Həmişə arzulu, niyazlı qardaş,