Könlümdə şirin nəğmələrim var,Xoş keçdi bu yerlərdə həyatım,Sahilləri cənnət Xəzərim var.

Hər dalğası dağ boyda da olsa,Qoynunda onun dincəlirəm mən,Hər davranışından xəbərim var.

Hər dosta geniş bağrı açıqdır,Bir yad üzə bilməz sularında,Üstündə günəştək nəzərim var.

Xoş keçdi bu yerlərdə həyatım,Sahilləri cənnət Xəzərim var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri