Canlara candır Qarabağ
Şöhrətin yer üzünə çoxdan əyandır, Qarabağ,Vurğunam hüsnünə mən xeyli zamandır, Qarabağ.
Dostlarından eşidirsən bu sözü nəğmə kimi –“Şux gözəllər yeridir, yaxşı məkandır Qarabağ”.
Vaqifin, Natəvanın səndə ayaq izləri var,Məncə şairlər üçün başqa cahandır Qarabağ!
Hər bahar fəsli bu könlümdə adın qönçələnir,Səni mən görməmişəm gör ki, haçandır Qarabağ!
Sən bilirsən ki, mənim təkcə cənub dərdim var,Ayrılıq dərdi ölümdən də yamandır, Qarabağ!
Sən canımsan, ciyərimsən, ürəyimsən, ürəyim,Deyirəm, car çəkirəm canlara candır Qarabağ.
Sənə övlad kimi sadiq bu Süleymanını sənAna qəlbindən uzaq bilmə, amandır, Qarabağ!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-canlara-candir-qarabag
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir kitabtək qəlbini cananına aç, sevgilim,Yad sözündən, yad gözündən hər zaman qaç, sevgilim.
Hardasan?Hardasan, ey ilk baharım, hardasan?Nazlı yarım, şux nigarım, hardasan?
Cənublu gözələSən gözəllər gözəlisən gözəllərin arasında,Qoy üzməsin yelkənimiz ayrılığın dəryasında.
Təbrizli qızİllərdir dağda, daşda, gəzirəm həsrətinlə,Məni quca bilməyib ayrılığın qolları.