Bir kitabtək qəlbini cananına aç, sevgilim,Yad sözündən, yad gözündən hər zaman qaç, sevgilim.Sənsizəm, canansızam, gəl bir xəbər tut yalqızam,Şux çiçəkdən incədir, qəlbin deyil daş, sevgilim.Küsməyin mənası varmı? Gözlərim yollardadır,Yaxşı olmaz çəkməsən cananına baş, sevgilim.Tapmıram, heç tapmıram sənsizliyin dərmanını,Görməyəydim, sevməyəydim mən səni kaş, sevgilim.Mən Süleyman Rüstəməm, nəğməmdə hər kəlməm gülər,Umma gəl, sən gözlərimdən bir də qan-yaş, sevgilim.

Təbriz, 1942

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq