Yasin əvəzinə
Ürəyimin yaxınları, eşidin,Diləyimin yaxınları, eşidin:İllər yaman artırır bu yaşımı.Ya tez, ya gec yerə qoysam başımı,Nə ağlayın, nə də fəryad qoparın,Vədinizə əməl edin, nəhayət,Məni Araz sahilinə aparın.İllərdir ki, qəlbimdədir bu həsrət.Məzarımı o torpaqda qazdırın,Göz yaşımdan yaratmışam bu çayı.Məni üzü Təbriz sarı basdırın,Qibləm olsun Arazımın o tayı,Ancaq, yalnız bircə bunu etməyin,
Gözlərimin qapağını örtməyin.Üfüqlərdən çəkilərkən sis, duman,Bəlkə bir də qara torpaq altından –Vüsal günü qardaşımı görüm mən.Qardaşımı, sirdaşımı görüm mən.Mənim əzizlərim, mənim dostlarım,Elə bilməyin ki, köçüb gedirəm.Yarıya çatıbdır ömür baharım,Bir də xahişimi təkrar edirəm:Vaxtında dünyadan köçdüyüm gündə,Tutsun tabutumdan o taylı əllər.Yasin əvəzinə qəbrim üstündə,Bir vüsal mahnısı oxusun ellər!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-yasin-evezine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İkinci şəkilTəhmas bəyin həyəti. Strajnik gəlib otaqdan Təhmas bəyi səsləyir.*
Üçüncü pərdəDördüncü şəkilHəcərgilin evi. Ev kasıb qaydasında döşənmişdir.*
Dördüncü pərdəYeddinci şəkilTəbrizdə yoxsul Musanın evi. Nəbi yaralıdır. Yataqda uzanmışdır. Həcər və Güllü xala da buradadır. Musa Nəbinin yanında oturub kaman çalır. Nəbi musiqi ahəngi altında danışır.*
Beşinci pərdəDoqquzuncu şəkilGorus zindanı. Səhnənin bir tərəfi kamera, digər tərəfi zindan rəisinin otağıdır. Pərdə musiqi müşayiətilə açılır.*
Başqa şairlərin şeirləri · Hicran
Aləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur
شهدتُ فیک جمالاً فنيتُ فیه بِذاتيقتلتَني بِلِحاظٍ و ذاک عینُ حیاتي
Qəzəl: Atəşin göynər özü sineyi-suzanımçünAtəşin göynər özü sineyi-suzanımçün,Bəhr hər dəmdə açar didəyi-giryanımçün
Sən getdinSən mənim yazıma birinci yağış,Sən mənim qışıma sonuncu qardın.