Sinəsi dəryaca şeirlə doluŞairin günəşsiz səhəri yoxdur.Ağ gün də görmüşəm, qara gün də mən.Deməyin, dünyadan xəbəri yoxdur.

Arzusu sonsuzdur bu yer oğlunun,Üzü zirvəyədir həyat yolunun.Mənə dost deməsin o kəs ki, onunKönül dəftərində zəfəri yoxdur.

Ömrünü mənasız keçirənlərin,Bu yeni dünyasız keçirənlərin,Vətənsiz, anasız keçirənlərin,Gözümdə bir quruş dəyəri yoxdur!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri