Mənim muştuluğum
Bəxtiyar Vahabzadəyə
Çoxdandır şad xəbər gəlmir o taydan,Bağrıma dağ çəkib ayrılıq mənim.Haçandır bir nəfər gəlmir o taydan,Başıma daş töküb ayrılıq mənim.İllərdir bu Araz qırağında mən,Qardaş sorağında gəzən olmuşam.Vahid vətən, millət forağında mənDözülməz dərdlərə dözən olmuşam.
Mənə sözarası “Şair, bir beləYazmaqdan nə çıxar” deyənlər də var.Orda zindandadır, ilk bahar belə,El mənə, yazmasın lənət yağdırar.Yağdırar, yağdırar, necə yağdırmaz,Bu qızıl qələmi o verib mənə,Vicdanım əmr edir şairim, yaz, yaz.Hələ az yazmısan, durma, yaz yenə.
Gedirəm yenə də vüsala doğru,Tənələr yağsa da biganələrdən.Bilirəm, əzmimdə doğruyam, doğru,Xəyalım uzaqdır əfsanələrdən.Öz şəxsi dərdinə qalanlar mənə,Hörümçəklər kimi tor hörməsinlər.Ürəyi qara daş olanlar mənə,Müqəddəs dərdimi çox görməsinlər.Bu şair könlümün məhəbbətiniBilir Heydərbaba, Savalan bilir.Cənubun tükənməz müsibətiniHamıdan daha çox Süleyman bilir.Çox da gəncliyimdən uzaqdır yaşım,Gələcək illərdə gözüm var hələ.Cənubun dərdinə qarışıb başım,Dünyaya bir dünya sözüm var hələ.
Qoy ellər eşitsin, qoy bilsin vətən,Vüsal deyəcəyəm son nəfəsdə də.Andıma vəfalı qalacağam mən,Torpaqlar altında dar qəfəsdə də.Qanlı göz yaşlarım deyildir əbəs,Nisgilim, həsrətim yetməyir sona.Vüsaldan şad xəbər versəydi hər kəs,Canımı muştuluq verərdim ona!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-menim-mustulugum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevib, sevilənlər çox gözəl bilir,Olmayıb vəfası ilk məhəbbətin.
QalsınSevgilim, qoyma dilimdə nə şikayət qalsın,Nə də könlümdə, gözümdə acı həsrət qalsın.
Dil niyə verdin?Deyirsən: “Sevmirəm, çəkil yolumdan...”Bəs keçən il mənə dil niyə verdin?!
Ah, o gözlər, o gözlərAh, o gözlər, o gözlərXəzər kimi ləpəli.
Başqa şairlərin şeirləri · Hicran
Yarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
Dərda ki, fəraq ilə cigər qan olduDərda ki, fəraq ilə cigər qan oldu,Əyyami-visal döndü hicran oldu.
OlmasınPək az sürən baharımın canlı çiçəyi, sevimliSonama, göndərdiyi çiçəklərə qarşı yadigarım