Yanılmaram desəm ki, alın tərli sözümləKönüllərdə şairtək özümə yuva qurdum.Öz ilk mahnılarımı körük basa-basa mənAtamın gur dəmirçi ocağında yoğurdum.Yurdumun keşiyində gecəli-gündüzlü mənÜrəyimin gözüylə səfərbər kimi durdum.Çalışıram vüqarla köç zamanı deyim ki,Sadə şair ömrümü vicdanla başa vurdum.Bir vüsal həsrətilə çıxdım uzaq yollaraDostlardan Səhəndimi, Şəhriyarımı sordum.Dünən də yollardaydı, bu gün də yollardadırYorulmayan söz ordum, qocalmayan söz ordum.Səndən deyir Süleyman, səndən deyəcək yenə,Sən ey mənim varlığım, müqəddəs ana yurdum...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran