Bəlkə də bezmisən,bəlkə bu, düzdür.Qorxuram həsrətin həqiqətindən.Məni məhrum elə haqlısansa sən,Omrümün ən əziz səadətindən.Bəşər çoxdan bilir, mən niyə deyim,Vüsal əziz olur hicran zamanı,Bilirəm, duyuram dağıdacaqsanKönlümün zədəli ehtimalını.Nə könlün ağlayır,nə rəhmin gəlir,Bəlkə də dünyadan bir insan gedir.Bu, ölümləhəyat çarpışmasıdır:İkisi çarpışır,imtahan gedir.Mənə çoxyad idi bu sızıltılar,İndi hakimidir onlar könlümün.Dağıt başdan-başa yaşanılmamışÜstünü, altınıaxmaq ömrümün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran