Ötərgi sanmayın şikayətimi,Mənim hər fəryadım, hər naləm haqdır.Doğma Cənubumdan söhbət düşəndəHər kəlməm, hər cümləm bir yanar dağdır.

Orda cəzası var diləklərin də,Xəmiri qanlıdır çörəklərin də.

Sözü doğruların kürəklərindəŞallaqların yeri zolaq-zolaqdır.

Ürək necə dözsün bu acı dərdə,Gözləri qapayıb min qara pərdə.Şairlər vətəni adlanan yerdəEdamlı cəsədlər qalaq-qalaqdır.

Ay ellər, qəm yüklü sözümə baxın,Məndəki bu ağır dözümə baxın,Deyirəm bir daha özümə baxın:Bağrımda yaralar yamaq-yamaqdır.

Hicranla döyüşür qələm üz-üzə,Vüsalsa hələlik görünmür gözə.O tayın dərdindən deyəcək sizəDostlar, nə qədər ki, Süleyman sağdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri