Bilən bilir ki, məhəbbətdə haqq sədalı mənəmGözəl zəmanəmizin gərdişindən halı mənəm.Gəzir yenə təzə aşiqlərin dilində adım,Həqiqət aşiqiyəm, eşqi macəralı mənəm.Gözümdəsən gecə-gündüz, dilimdəsən, gözəlim,Sənin yolunda həmişə başı bəlalı mənəm.Sevən deməz ki, amandır, əcəl döyür qapımı,Səni sevənlər içində yenə həyalı mənəm.Mənə vəfasız adı verməsin vəfasızlar,Süleymanam, biiir aləm sənə vəfalı mənəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq