Tanıya bildim
Səni gec də olsa tanıya bildim,Vətənə, millətə gərəksizsənmiş.Gündə yüz min kərə vətən desən də,Vətənsiz, millətsiz, məsləksizsənmiş.
Üzündə süni bir təbəssüm sənin,Qeyd oldun içində dumanın, çənin.Nə bir dostun varmış, nə bir düşmənin,Arzusuz, amalsız, diləksizsənmiş.
Yağdırdın sağına, soluna böhtan,Heyhat, bilmədin ki, başqadır zaman.Sən, yamana yaxşı, yaxşıya yaman,Deməkdə yaxşı ki, köməksizsənmiş.
Günəşli gündüzü gecə bilmisən,Toyda ağlamısan, yasda gülmüsən.Yox, yox, nə sevmisən, nə sevilmisən,Sən ürəksizsənmiş, ürəksizsənmiş!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-taniya-bildim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.
Səndə yoxBoşboğazlara*Dostuna qəlbində hörmət, məndə vardır, səndə yox,
“Novator”un nitqiÇoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
“Novator” rəssamaBir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.
Başqa şairlərin şeirləri · Vətən
Şanlı vətənimin hər qarışında,Hər daş altda bir igidim, ərim var.
Dəli könül, gəl əylənmə qürbətdəDəli könül, gəl əylənmə qürbətdə,Bir gün olur vətən deyib ağlarsan.
شبم ز شهر برون برد و راه خانه نمودچو وقت آمدنم دیر شد بهانه نمود
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!