İllərlə ömür sürdük azğınlar arasında,Doymaq sifəti yoxmuş quzğunlar arasında.

Bir vaxt vətən eşqiylə daim uçunan könlüm,İndi uçulub qalmış uçqunlar arasında.

Öz yazdığı qanunu öz xeyrinə pozmuş kəs,Axırda görər ismin pozğunlar arasında.

"Yoğunluğunuz" ta ki, ekranda əyan oldu,Nazik kimi görsəndiz yoğunlar arasında.

Çöllərdə çadırlar yox, çöllərdə qəbirlərdir,Onlar da itər bir gün çovğunlar arasında.

Bu, tazə seçilmişlər az sonra gəzər billah,Dünyaya, mala, mülkə vurğunlar arasında.

Ya rəbb, Hacı Pünhanın al yorğun olan canın,Yüngül elə yorğanın, yorğunlar arasında.

21 avqust, 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri