Nə qədər toxlar arasında doyanım yoxdu,Kasıbın doymağına zərrə kümanım yoxdu.

Seçilib mən də sənin tək yaşayardım rahət,Nə pulum var, nə də arxamda təkanım yoxdu.

Düzmüsən''market"i parket kimi bu şəhrimə sən,Bir fəqirəm, mənim heç çəkmə dükanımyoxdu.

Məni aç qoy, sora, su qiymətinə al evimi,Pulu bas, "jek" də desin, küpçi-filanım yoxdu.

Doymasan qəbr evimi al, özümü at dənizə,Yem olum naqqaya, onsuz da məkanım yoxdur.

Necə rahət yaşayırsan bu saraylarda, əgər,Tuş olan gülləyə yüzlərlə cavanım yoxdu.

Mən ötən dəfə də seçdim səni, gördüm əcəba,Nə qazım var, nə qazım üstə qazanım yoxdu.

Vətənindön qovulanlar arasında deyirəm,Heç bizimtək belə sakitcə yatanım yoxdu.

Görmüşəm, haqq ilə, Pünhan, yuxuda təkbətəkəm,Nə o yanım var, Əzizim, nə bu yanım uoxdu.

2 sentyabr, 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri