Alışıb yandı Bakı, odlu olan yurdda Baba,Maaş al gir bazara, çıx özünü odda Baba.

Bakının cazibəsindən çıxa bilmir hər adam,Bakı tilsimli şəhər, bənzəri Bermudda Baba.

Qədim odlar diyarında yeni qurdlar dolanır,Dağıdıb, parçalamaq xisləti var qurdda, Baba!

Kareni, çəkdi xəcalət evə dəvət eləsin,Görüşüb vurdu onunla meyi Minvodda Baba.

Bakı Bermud yox əzizim, şirin armuddu demə,Ayının min oyunu xətm olur armudda Baba.

Gecə qızlar onu barlarda əsir etsə də, heçYadına düşmür əsir arvadı Hadrudda Baba.

ANS -dən dediyin kəlmə kəsibdir çoxunu,Qan axıb söz yarasından, sözünü yodda Baba.

Bəşərin titrəməsi, çökməsi «Sur»un xalıdır,Hələlik məşq edir İsrafil onu udda, Baba.

Bu cahan haqqı tapınca hələ çox fırlanacaq,Bu məkan haqqa çatınca olacaq modda Baba.

Zamanın Sahibi hökmün oxuyan gün Yezidə,Kaş olaydım Zamanın şahidi tək sudda Baba.

Bu elin dərdi, əzabı Baba Pünhanı yorub,Belə getsə alacaq dincini tabutda Baba.

2 iyun 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən