Bakıya məhərrəmlikdə mərsiyə oxumaq üçün gələn mərsiyəxanlardan iyirmi nəfəri işsiz qaldığından hər şeylərini satandan sonra İrandan yol xərcliyi istəmişlər ki, çıxıb getsinlər.

On bir il Qafqaza peydərpey olubdur səfərim,
Xoş gəlib milləti-islamə təzə nevhələrim.

Sazlayırdım səsimi hər sənə əyyami-əza
Min fırıldaqla alardım özümə əbri-əba
Oxuyardım gecələr dəştiyi-mahuri-nəva
Xoş gələrdi qulağı tuğlilərə sevti xərim
Kərbalayı, məşədi, hacı kimi xun ciyərim.

Paraxoddan çıxaraq körpüyə etdikdə nüzul
Delegatlar tökülüb eylər idi rəsmi-qəbul
Həmısı şi’əyi-xülləs, həmısı qəflətə qul
Yedirərlərdi şişərdi gədəni-mötəbərim
Kəkələrdim supalar tək dəyişərdi gədənim.

Bolşeviklər gələli leyk böyük əngəl açıb
Fəhlənin, kəndlinin ki, hələ lap ağlı qaçıb
Getməyin dərdi ki, lap canımıza rə’şə saçıb
Düşməyədi bura ey kaş əzəldən güzərim
Çəkməyədi bu qədər dərdü-bəla didə sərim.

Dəyişib fikrləri saxlamayır mərsiyəxan
Gəzərik indi iki aydı tamamən hərəsan
Satmışam, xərcləmişəm, yoxdur əyağımda tuman
Keçiyor ahi-şərərbar ilə şamü-səhərim
Qüssəsindən ağarır get-gedə rişi-qəhərim.

Satmışam heybəmi də, qalmamış əmmamə, filan
Həm özüm burda acam, həm də ki, evdən nigaran
Orda, burda nə qədər səsləyirəm «ay söz alan»
Söz alan olmadı gər çıxsa da mahi-səfərim
Qaldı köhnəldi təzə nəşr edilən nevhələrim.

Bir neçə yerdə fəqət bəzmi-əza saxladılar
Onu da aldı ələ burda olan zurnaçılar
Nə qədər vasitə saldıqsa yaxın qoymadılar
Şeyx Ğəni söylədi öz məmləkətim, öz şəhərim,
Qoymadı ağzımı da açmağa, artdı kədərim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Gizlin sirlər

Helmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.

10 dəq
İntihar ərəfəsində

Birdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:

9 dəq
Çar konsulu gəlir

Çar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır.Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.

19 dəq
Friksonun evində

Gecə saat 11-də şiddətli qar yağırdı. Küçələrdən camaat evlərinə çəkildiyi vaxt mən də Həsənağa və Tütünçüoğlunu götürüb Amerika konsulxanasına yola düşdüm. Qapını vurduq, sanki qapının dalısında adam durub bizi gözləyirmiş, bir saniyə içində qapını açıb bizi içəriyə buraxdılar. Qışın soyuğuna baxmayaraq, Frikson başı açıq balkonda gəzir və bizim intizarımızı çəkirdi.Biz balkona çıxdıq, balkonda Həsənağa və Tütünçüoğluna muraciətlə:

9 dəq

Başqa şairlərin şeirləri · Satira