Kam almadı Hitler, nə yaman təlxkam oldu.Minlərcə fırıldaq elədi, natamam oldu.

Keçmişdə əgər vardısa Firon ilə Şəddad,Rəhmət olara, olmamış onlar belə cəllad,Dünyanı bu əclaf uşağı eylədi bərbad,İnsanlara hər yerdə məişət həram oldu,Kam almadı Hitler, nə yaman təlxkam oldu.

Üç dövlət inan sazişə girdikləri gündənBir bomba kimi Hitlerə dəymiş ürəyindən;Zülmün kəsilər şaxəsi tezliklə kökündən,Bir gün də bu zalım görəcək, sübhü şam oldu,Kam almadı Hitler, nə yaman təlxkam oldu.

Hər gün döyülür, loğalığından da dayanmır,Çox yaxşı bilir, sursatı yoxdur, necə qanmır?Saldat yorulub, güllə çatışmır, heç utanmır,Əmlakı dağıldı, nə yaman təlxkam oldu...Minlərcə fırıldaq elədi natamam oldu!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira