Student
Studentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,Başımız vodka ilə dolduqda,Çıxarıq səhnəyə artist olarıq.
Yoxdur heç məsləkimiz, məzhəbimiz,Belə tiplər yetirir, məktəbimiz,Fikrimiz zövqü səfa sürməkdir,Yaşamaqdan tək odur mətləbimiz.
Gah gülüb, gah yügürüb, gah ularıq,Gah qusub fərşi-libası bularıq,Paltarın düyməsini gah da açıbXalqın üstün-başın azca sularıq.
Yoxdur insafü sədaqət bizdə,Nə də düz-doğru rəfaqət bizdə.Qaldı tənbəlliyi sorsan, o da var,Babadan qalma bir adət bizdə.
Studentik, deyilik biz realist,Aramızdan çıkamaz idealist.Sevərik təkcə cibişdanımızı,Eqayistik, ateist, sansualist.
Bizləri sahəti-Şirvan yetirir,Nə ki vəhşi, cibişdan yetirir,Ay bölə ölkə abadan olasan!Bax, nə qeyrətli müsəlman yetirir!
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-student
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İthaf“Sevdim səni”, hətta dedin “oldum sənə aşiq”,
Haşımbəy mərhum üçünHaşımbəy Vəzirov cənablarının ruhuna ithaf*Ey yorulmaq bilməyən ustadımız!
ŞərarəEy qələm! Yazmada atəşbar ol!Ey dili-qafil! Oyan, huşyar ol!
Təxliyə yaxud qaçqınÖlü, səssiz, dumanlı səhradə,İştə bir əski şəhr məridir.
Başqa şairlərin şeirləri · Satira
Bu sirr komunxozdamı, baqqaldamı yoxsa?Ya inki dəmir yoldamı, ya maldamı yoxsa?
Qızdı, ya oğlandı bu?Gör necə bir modabaz oğlandı bu,Sanmayınız cindi, ya şeytandı bu.
Lisan bəlasıEy dil, dəxi dinmə və sükut et, səni tari,Lal ol və danışma.
Kimdir arif? – deyə sordum, dedilər əsrə görəKimdir arif? – deyə sordum, dedilər, əsrə görə:Arifin indi nə dini və nə imanı olur.