Heç yerdə bir insan kimi davranmadı Hitler,Öz səhvini bir anlamadı, qanmadı Hitler.

Ovsarladı, ən xırda hökumətləri mindi,Onlar da susub qaldı, nə tərpəndi, nə dindi.Üç dövlətə qarşı niyə aciz qalıb indi?Dünyada özündən yekəni sanmadı Hitler,Öz səhvini bir anlamadı, qanmadı Hitler.

Əvvəlcə, coşub loğalanıb, hürdü bu sərsəm,Rusiyyəni bir ayda plan çəkdi götürrəm.İndi tüpürür cəmdəyinə büsbütün aləm,Bir ildə bütün batdı, yenə qanmadı Hitler,Heç yerdə bir insan kimi davranmadı Hitler.

Üç güclü hökumət salacaqdır səni girdən;İngiltərə əvvəl sənə bir çəkdi böyürdən.Şahinləri üstündə süzürlər mini birdən,Öz nəslini məhv etdi, yenə qanmadı Hitler,Heç yerdə bir insan kimi davranmadı Hitler.

Sarsaq keçi tək atdı bir az çör-çöpə buynuz,Saldı hərəkətdən onu üç düyməli toppuz.Vardır bu məsəl: “Ölməz ilan, görməsə ulduz”.Bir yol bu fəlakət gününə yanmadı Hitler,Heç yerdə bir insan kimi davranmadı Hitler

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira