Balaca felyeton
İngiltərə mətbuatı deyir ki: 1922-ci ildə Misirə istiqlal verməyi və’d etdiksə də, bu gün siyasi, iqtisadi vəziyyət Misirdən, İraqdan çıxmağı təqaza etməyir.
Xidmətin misrlilər etmədi itmam hənuz
Müstəqil olmağa yox onda sərəncam hənuz.
Orada əskərimiz qalmalıdır bir neçə il
Ta ki, bitsin suyu, yansın, qurusun vadiyi-Nil
Lazımınca hələlik olmadı bu ölkə zəlil
Uçmamış əski Əbülhövl ilə ehram hənuz
Müstəqil olmağa yox onda sərəncam hənuz.
Duracaq Misrdə İngiltərə durduqca kanal
Buradan Londona seltək axıyor sərvət, mal
Buraxarmı belə bir varlı yeri əhli-kamal?
İngilislərdə hanı sən dediyin xam hənuz?
Müstəqil olmağa yox orda sərəncam hənuz.
Biz gedəndən sonra kabinədə tək qalsa Fuad
Məsləkindən düşürər aləti ərbabi-fəsad
Qoymuşuz Misrdə, Sudanda da bir sevməli ad
Xoş gəlir ordakı alətlərə bu nam hənuz
Müstəqil olmağa yox orda sərəncam hənuz.
Nə qədər varsa xarab ölkədə Zəğlul kimilər
İngilislər oradan söylə daha əlmi çəkər?
Üç il əvvəl olara verdiyimiz və’də yetər
Verəriz indi də ol və’dəyə düşnam hənuz
Müstəqil olmağa yox orda sərəncam hənuz.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-balaca-felyeton-9
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün Təbriz böyük həyəcan içərisində idi. Çar hökumətinin İrana ultimatum verməsi, maliyyə müşavirə Morqanın İrandan çıxarılmasını tələb etməsi, əks təqdirdə Şimali İranı işğal etmək təhdidində bulunması böyük söhbət mövzusu olmuşdu. Xiyabanlar, meydançalar, ziyarətgahlar və məscidlər camaatla dolu idi, Məhərrəm günləri olduğundan camaat onsuz da ayaq üstündə idi.Mən bu gün səhərdən saat birə qədər şəhəri dolaşdım, vəziyyətin ağır və çıxılmaz olduğunu hiss edirdim. Rusların uyğunsuz və həyasız çıxışları nəticəsində qanlı bir hadisə zühur edəcəyini yəqin etmişdim. Saat ikiyə çağırdığımız iclas nəzmiyyə rəisi Əmir Heşmətin evində idi. İclasa gələnlər də çox təxirlə gəlirdi, küçələr çox qorxulu idi.
Miss Hannanın ad günüİclasda müsəlləh üsyan məsələsi həll edilmişdi. Üsyan olmalı idi. İndi məsələ üsyanın necə aparılması üzərində idi. Mən müsəlləh üsyanın planını tərtib etmişdim.1-ci – üsyanın qüvvəsini 2 min nəfərə qədər artırmaq, Payan kəndindəki silahları şəhərə gətirib, səkkizinci il inqilabında iştirak edən inanılmış mücahidləri səfərbərliyə almaq.
Mahru və SmirnovMahru heç vaxt Smirnovu bugünkü qədər qəmgin görməmişdi. Smirnov daima: «Mən yalnız evə gələrkən yorğunluğum çıxır, ancaq səninlə görüşərkən dışarıda aldığım kədərləri unuduram», deyirdi. Lakin bu son günlərdə belə sözlər çox süni çıxırdı, Mahrunu inandıra bilmirdi. Smirnov nə evdə, nə dışarıda şad deyildi. O, evə gələrkən Mahrunun zövqünü oxşamaq istəsə belə, bacarmırdı, o güldükdə belə, bu gülüşün zahiri olduğu, içəridə isə başqa həyəcanları yaşamaqda olduğu duyulurdu. Bəzən başladığı söhbətləri belə yarımçıq qoyub başqa bir məsələyə keçirdi, heç bir şeyə həvəsi gəlmirdi, heç bir yerdə qərar tutmurdu. Yemək süfrəsində oturduqda ət tikəsini çəngəlin ucunda saxlayıb fikrə gedirdi. Bu anlaşılmaz vəziyyət gənc Mahrunun bütün ümidlərinə bir zərbə endirmiş kimi olurdu.O düşünür və düşünürdü:
Rus konsulunun ziyafətindəİllərdən bəri Nina ilə tanış olduğum konsula və onun ailəsinə gizlin deyildi. Onlar dəfələrlə Ninaya müraciətlə:– Əbülhəsən bəylə tanış olmaq lazımdır, – demişdilər.
Başqa şairlərin şeirləri · Satira
Zəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!
NağılBir gün var idi, bir gün yox idi,Allahdan başqa heç kəs yox idi.
Hürriyyəti-nisvançılara protestoAy Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,Yığılıb boykot edirlər Ufa alimlərini.
Qarabağ qazisiEyləyibdir yenə, mən hiç nə bilməm, qazi,Xəlq arasında olubdur belə mülzəm qazi.