Balaca felyeton
Fələstində yerli ərəblər tərəfindən min nifrətlər ilə qarşılanmış Balfor indi də Diməşqə, Şama gedir.
Çıxdı nifrətlə Fələstin xalqı istiqbalıma
Şamda bihəd tüpürcəklər yağar saqqalıma.
Fəxrdir bundan da artıq yağsa nifrətlər bənə
Qoysa heykəl lə’ndən məzlum millətlər bənə
Bir təqərrübdür kral indindən lə’nətlər bənə
Şərqdə on dörd hökumət salmışam çənkalıma
Eybi yox yağsa tüpürcəklər əgər saqqalıma,
Təkcə şəxsimdən mənim məmnun deyildi ölkələr
İngilislikdən ümumiyyətlə məmnundur bəşər
Şöhrət etmiş bizdə bir sadə naxallıq müxtəsər
Nailəm ancaq həyasızlıqla hər amalıma
Eybi yox yağsa tüpürcəklər əgər saqqalıma.
Ölkələrdə qəhr, nifrətlərlə bəklənməkdəyəm
Mən o nifrətlər, o lə’nətlərlə əylənməkdəyəm.
Lə’nət artdıqca şişib artıq köpüklənməkdəyəm
Çünkü əvvəldən bu xasiyyət, düşüb iqbalıma
Eybi yox yağsa tüpürcəklər əgər saqqalıma.
İstərəm həp kainatım alət olsun Londona
Ondan ötrü eylərik min .....lik ondan buna
Öylə bir tülkü ki, girrəm hər məkanda bir dona
Şərqdə minlərcə Feysəl bağlanıb dunbalıma
Eybi yox yağsa tüpürcəklər əgər saqqalıma.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-balaca-felyeton-10
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəncənin hakimi Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi:– Əlahəzrətin xahişi budur ki, xəlifə Nəsrəddinbillahın cülus gününü təbrik etmək üçün Şimali Azərbaycandan Bağdada gedən nümayəndələrin rəhbərliyini öz öhdənizə götürəsiniz.
DürrətülbağdadFəxrəddin Xüld qəsrinin yanına getmək üçün Əmin qəsrindən aşağı düşdü. Axşam qaranlığı idi. Hansı tərəfə gedəcəyini bilmirdi. Bağdadda yaşadığının ikinci gecəsi idi. Heç yeri tanımırdı. Qəsrin qərb tərəfindəki meydançada yüzlərcə ağ uzunqulaqların durduğunu görürdü. Uzunqulaqların hər birisinin yanında bir nəfər qara qul durmuşdu. Hər kəs hansı tərəfə getmək istəyirsə, onlardan birisini kirayə edib minib gedirdi.Fəxrəddin qara qullardan birisinə yanaşaraq soruşdu:
Dilənçi xəlifələrGünorta azanı vaxtına o qədər qalmırdı. Fəxrəddin Rəsafə camesinin qapısını kəsib durmuşdu. Bağdad xalqı günorta namazına hazırlanmaq üçün Rəsafə camesinin həyətində dəstəmaz alırkən camenin qapısını korlar və dilənçilər kəsmişdi. Divarların dibi, səkilər və hovuzların kənarı korlar və dilənçilər tərəfindən işğal olunmuşdu. Korlar və dilənçilər bir-birlərini dümsükləyərək kənara atır və irəli soxulurdular. Camenin qapısına yaxın olmaq üçün dilənçilər bir-birini döyürdülər.Fəxrəddin hər şeyi unudaraq, bu mənzərə ilə məşğul idi. Dilənçilərdən birisinin olduqca zəif bir koru vurub yerə yıxdığını görüncə o, təbii halından çıxdı, irəli gəlib koru dilənçinin əlindən xilas edib ovcuna bir qədər gümüş para tökdü. Kor barmaqlarını sürtüb paraların nə kimi para olduğunu yoxladı və sonra da dua edərək dedi:
“Yalançı Dilşad”Azərbaycan heyətinin üzvləri səhər yeməyini Əmin qəsrində yeyəndən sonra, Bağdad şəhərini gəzmək üçün hazırlaşdı. Qulamlardan birisi gəlib Fəxrəddinə baş endirib dedi:– Bizim möhtərəm ağamızı bir nəfər qadın qapıda durub gözləyir.
Başqa şairlərin şeirləri · Satira
Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
Moda qurbanıAnadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.
Barakallah ("Sən beləsənmiş, balam, ay barakallah sənə!")Sən beləsənmiş, balam, ay barakallah sənə!..Fisq imiş əmrin tamam, ay barakallah sənə!..
Səbribəyzadə, bizi atma, amandır, getmə!..Millətin halı bu gün xeyli yamandır, getmə!