Balaca felyeton
Fransanın Mərakeşdə hərəkatda bulunan əsgərləri əlverişli mövqe’ləri işğal etmək üçün ric’ət eyləmişlər.
Mərakeş xalqında yox mədəniyyət
Getmişdim onlara verəm tərbiyət.
İnsanlıq üçündür etdiyim tufan
İnsan düşmənidir həp Ərəbistan
Rəhmdil parlman göndərib fərman
Ölkələr yaxılsın, talansın millət,
Mərakeş xalqında yox mədəniyyət.
Odlu təyyarədən cəhənnəm saçdım
Yurdsuz çocuqlara atəşlər açdım
«İntizam altında qayıtdım qaçdım
Möhkəm səngərlərə eylədim ric’ət»
Mərakeş xalqında yox mədəniyyət.
Şəhərlər odlandı, kəndlər də yandı
Ağ-yaşıl çadırlar qana boyandı
Topların səsinə millət oyandı
Qaçmadı nə qədər vurduqsa zərbət
Mərakeş xalqında yox mədəniyyət.
Getmişəm ölkəsini qılmağa təqsim
Süngümdən, topumdan verməyə tə’lim
Tumançaq ərəblər olmadı təslim
İrəli yürümək deyil məsləhət
Mərakeş xalqında yox mədəniyyət.
Bir səmər verməyir açdığım atəş
Rifler ölkəsində yetər kəşakəş
Mərakeş deyilmiş əski Mərakəş
Parlmana söylə çəkməsin zəhmət
Yeni istiqraza qalmadı hacət.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-balaca-felyeton-11
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi:– Doğrudan da, o nə söz idi dedin?
Təbriz çar kazakları əlindəMən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi.Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər.
Ninaya məktub«Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu. Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik:– Qafqaz mücahidləridir.
Ərəblər xanıƏrəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir.Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik.
Başqa şairlərin şeirləri · Satira
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Millət necə tarac olur olsun, nə işim varMillət necə tarac olur olsun, nə işim var?!Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Ehsan aşiqiİndi ölənin, Kirpi dayı, hörməti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.
Var mülki-Qarabağda çox dun köpək oğluHüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,