Var mülki-Qarabağda çox dun köpək oğlu
Hüseyn bəyi həcv
Var mülki-Qarabağda çox dun köpək oğlu,Haşa kim, ola bir belə məlun köpək oğlu!
Sən səngi-cəfabırlə mənim könlümü yıxdın,Yıxsın evini qadiri-biçun, köpək oğlu!
Yox səndə məgər şərmü həya, bir kəsə eylərBu zülmü nə həccacü və Məmun, köpək oğlu!
Munca nədi kim, dinini dünyayə satırsan?!Yığdı o qədər neylədi Qarun, köpək oğlu!
Bir dərdə salıbsan ki, məni çarə tapılmaz,Hərgah gələ Loğmanü Fəlatun, köpək oğlu!
Eşşəkdən at olmaz, çulunu eyləyəsək gərYa tirməvü ya ətləsi-gülgün, köpək oğlu!
Əfali-bədin qıldı Qarabağı müləvvəs,Pakt etmək onu lücceyi-Ceyhun, köpək oğlu!
Hərçənd müsəlmandı adın, yaxşıdı səndənTaətdə Mıkırdış ilə Ərtun, köpək oğlu!
Kimdir o çörəksiz qapına şad gəlib, axşamQayıtmaya dilxəstəvü məhzun, köpək oğlu!
Üftadədərin dəstini tut ta nəfəsçin var,Həmvarə dolanmaz belə gərdun, köpək oğlu!
Hər kim tanıdı, tapdı səni oldu peşiman,Bir mən deyiləm beylə cigərxun, köpək oğlu!
Kimin evinə düşsə sənin məqdəmi-şumün,Yeydir ki, düşə zəlzələ, taun, köpək oğlu!
Hər bəndini bir kəsdən alıb mədərin, oldur,Səndən görünür kari-digərgün, köpək oğlu!
Bir acı xiyarca mənə iş görmədin əsla,Dursun gözünə yük-yük o qavun, köpək oğlu!
Dörd yük sarı buğda keçən il vurdu qatırçın,Yolda üyünüb getdi sizə un, köpək oğlu!
Dünya işi əql ilə deyil, talei-meymunÇəkmiş nə yerə gör səni, meymun köpək oğlu!
Kitabxana.az · https://kitabxana.az/works/zakir-var-mulki-qarabagda-cox-dun-kopek-oglu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey sevdiyim, səndən cüda düşəli,Mənəm gecə-gündüz əzab içində.
Ey sevdiyim, səndən cüda düşəliEy sevdiyim, səndən cüda düşəli,Nə səbrü sükunun, nə taqətim var.
Ey cismimin canı, gözümün nuruEy cismimin canı, gözümün nuru,Eylədiyin əhdü vəfadən utan!
Eşitdim gözəllər seyrə çıxıbdırEşitdim gözəllər seyrə çıxıbdır,Getdim, gördüm canlar alan gəlməmiş.
Başqa şairlərin şeirləri · Satira
Bildir ehyayi-Səmərqənd etdi İran taciri,Məktəb açdı, xəlqi xürsənd etdi İran taciri;
AğarıbdırDivanə könül, daxı usan, yal ağarıbdır,Bir güzgüyə bax gör ki, pərü bal ağarıbdır,
KontorçularımızAman, kantorçularımız, dad sizdən,Bizi zar eylədiz, fəryad sizdən!
Millətə pəndi-pədərdir yükü məcmuəmizinMillətə pəndi-pədərdir yükü məcmuəmizin,Əhli-mənayə yetər bir təkı məcmuəmizin.