Xırda millətlərə nəcat vermək üçün Almaniya cahankirliyini əzib ümumi sülhü bərpa etmək əməlində olan Qərb sərvətdarları ikinci bir müharibəyə hazırlanırlar.

Əvvəlinci hərbdə Vilhelm idi tufan edən
Aləmi təsxir üçün hər səmtə hərb elan edən.

İstəməzdi bir zaman rahat dolansın kainat
Qoymadı məxluqun istiqlalı qalsın bərhəyat
İmdi taxtından salıb dünyaya verdin bir «nəcat»
Min təşəkkür kim tapılmaz əsrdə bir qan edən,
Aləmi təsxir üçün dünyaya hərb elan edən.

Bitdi qovğa, qalmadı artıq xüsumətdən nişan,
Sərvətin əmrilə «təhdidi-silah» olmuş cahan
Yeddi ildir dəhrdə baş verməmiş «qarət-filan»
Qalmamış dünyada xalqı gündə bir talan edən,
Min təşəkkür kim tapılmaz dəhrdə bir qan edən.

Hər vilayətdə qurub kabinə bir adil kişi
Hər kəs öz mülkündə, xatirdən çıxıb ilhaq işi,
Olmuş asudə qoyun, zira sınıb qurdun dişi,
İşçilər də razı qalmış, yox daha üsyan edən
Min təşəkkürlər tapılmaz dəhrdə bir qan edən.

Cüzi qan tökdüksə artıq sülhü qıldıq payidar
Yer üzü tutmuş tamamən üç nəcib əldə qərar.
Xırda dövlət çoxsa, fərmanlar bizimdir hər nə var,
Bizləriz dünyada hər şeytanlığı bünyan edən,
Qoymadıq dünyada qalsın bir nəfər üsyan edən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Aldanış

Müttəfiqlər öz müvəffəqiyyətlərini bölüşdürmək üçün barışa bilmədilər. Qətibə Hüsaməddinə, Toğrul isə Qətibəyə verdiyi vədələrə əməl edə bilmədi. Toğrul öz sarayına çəkilib hökumət işləri ilə məşğul idi. Qətibə onunla görüşməyə imkan tapa bilmirdi. Toğrul bütün qüvvətilə Qətibənin gözünə görünməmək və öz iradəsini onun təsirindən qurtarmağa çalışırdı. Toğrul heç bir vaxt Qətibənin nəsihətlərini eşitmək və ona əməl etmək istəmirdi. Toğrul nə qədər sərxoş və əyyaş bir hökmdar olursa olsun, eyni zamanda məmləkətinə etdiyi xəyanəti müəyyən çərçivədən kənara çıxarmaq xəyalında deyildi. Toğrul öz ailəsini Həmədana köçürmüş, oğlu Məlikşahı vəliəhd etmiş və Qətibəyə evlənməklə onun oğlu Qütlüğü vəliəhd elan edəcəyinə dair verdiyi əhd-peymanı tamamilə unutmuşdu.Qətibə nə qədər çalışdı isə Toğrulu azad bir yerdə görüb sözlərini deyə bilmədi. Nəhayət, o xəstələndiyi üçün, Toğrula belə bir məktub göndərdi:

13 dəq
Dönüş

Atabəy Məhəmməd öləndən sonra Azərbaycanın dövlət təşkilatı böyük bir qorxu altına düşdü. Qətibənin Xarəzmşahlarla olan sazişi nəticəsində Rey məmləkəti Xarəzmşahlara, İraq məmləkəti isə iraqlılara keçirdi. Rey verildikdən sonra İraq məsələsindən bəhs etmək lazım gəlmirdi. Çünki Rey xarəzmlilər tərəfindən alındıqdan sonra Cənubi Azərbaycanın mühüm bir hissəsi də Həmədanla bərabər Azərbaycan atabəyliyindən ayrılırdı. Qızıl Arslan bu qorxunu birinci gündən hiss edirdi. Bunun üçün şimali azərbaycanlılara müraciət edib kömək istəmişdi.Fəxrəddin yenə də əvvəlki fikrini meydana sürmüşdü. O, Araz çayını sərhəd təyin edib nə Qızıl Arslan, nə də başqalarını Şimali Azərbaycan torpağına buraxmaq istəmirdi.

8 dəq
Qorxu

Bir tərəfdən Qızıl Arslanın etinasızlığı və onun Həmədana gəlməməsi, o biri tərəfdən də Qətibənin başladığı təzə oyunlar Toğrulun mövqeyini qorxu altında qoymuşdu.Sizdəh günü Həmədanda olan qoşunun Toğrul sarayı qarşısına gəlib əlahəzrəti salamlamaq istəməməsi məsələnin nə qədər qorxulu olduğunu tam çılpaqlığı ilə meydana qoymuş oldu.

8 dəq
Kişilər

Qətibənin məsələdən xəbəri yox idi. O, qoşunun üsyanının Toğrul üzərində nə kimi təsir bağışladığını təqib edirdisə də, düşündüyü nəticəni əldə edə bilmirdi. O, bu üsyanı təşkil etdiyi zaman Toğrulu qorxutmaq və nəticədə də öz təkliflərini qəbul etdirməyi düşünmüşdü. Lakin Toğruldan bir xəbər olmaması onun əsəblərinə toxunmuşdu. O, bəzən Hüsaməddindən şübhələnir və onun Toğrul tərəfinə keçdiyini zənn edərək rahatsız olurdu.Qətibənin fikrincə, qoşun üsyan etdiyi zaman Toğrul dərhal ona məktub göndərib paytaxta çağıracaq, yaxud da onu paytaxta gətirmək üçün Eldəniz Rübatına bir heyət göndərəcəkdi. Bir neçə dəfə özü yığışıb paytaxta getmək istədisə də, cəsarət etmədi. Ehtiyatla hərəkət etdi, çünki qoşunda təşkil etdiyi üsyan dayandırılıb və Hüsaməddinin Toğrul tərəfinə keçməsi məsələsi bir həqiqət şəklinə keçdiyi zaman, Qətibəni paytaxta girən kimi həbs etmək o qədər də çətin məsələ deyildi.

19 dəq

Başqa şairlərin şeirləri · Satira